İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-bəvvabətu nyuz” xəbər saytına istinadən verdiyi xəbərə görə Misir şiələri “Facebook” sosial şəbəkəsində “Alul-Beyt və Səhabənin müdafiəsi” etilafının paylaşdığı bu ölkədə sələfilərin Əl-Əzhərin həmkarlığı ilə anti-şiə kitabların pulsuz paylanılması xəbərinə təkzib reaksiyası bildirərək deyiblər: “Anti-şiə kitabları Əl-Əzhər deyil, bəlkə sələfilər təlif edib paylayıblar”.
Misir şiələri “Alul-Beyt və Səhabənin müdafiəsi” etilafını yalançı adlandırmış və elan etmişlər ki, Əl-Əzhərin alimləri vasitəsilə anti-şiə kitabların təlif edilməsi xəbəri yalandır. Və bu kitablar Bəhreynli sələfilərə bağlı cərəyanların başçıları tərəfindən təlif və nəşr edilmişdir.
Misir şiələri və Əl-Əzhər alimləri bu yalan xəbəri yayanlara qarşı etiraz etmiş və istəmişlər ki, yaydıqlarə xəbəri təkzib etsinlər.
Əla Əs-Səid - “Alul-Beyt və Səhabənin müdafiəsi” etilafının sözçüsü, isə bildirib ki, anti-şiə kitabları Əl-Əzhər alimləri Şiə etiqadları ilə mübarizə üçün yazmış və sələfilərin ixtiyarına vermişlər.
Vəlid İsmayılın - “Alul-Beyt və Səhabənin müdafiəsi” etilafının rəisi, dediklərinə görə ilk öncə bu kitablar İskəndəriyyə regionunda paylanmış və sonra başqa rayonlara göndərilmişdir.
Bu etilafın dediyinə görə “Nəzəriyyətul-imamət”, Təriqul-ittihad” və “Ziyaratul-məzarat” kitabları anti-şiə hədəfi ilə yazılıb paylanmış kitablardandır.
“Alul-Beyt və Səhabənin müdafiəsi” təşkilatı özləri sələfilərə bağlı bir təşkilatdır, Misir şiələri ilə düşmənçilik edirlər və bu yönəmdə Bəhreyn və başqa ərəb ölkələri tərəfindən maddi köməklər alırlar.