İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-qüds əl-ərəbi" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Məhəmməd Muxtar Cümə - Misirin Vəqflər Naziri, jurnalistlərlə müsahibəsində elan edib: Qətər Məhəmməd Mursinin işdən kənarlaşdırılmasında və siyasi məsələlərdə Misirn respublikasının əleyhinə mövqe tutduğu üçün və Türkiyə rəsmilərinin də "Əl-Əzhər İslam Mərkəzi"ni təhqir etdikləri üçün bu iki ölkənin nümayəndələri cari ilin aprel ayında keçiriləcək Qahirə Beynəlxalq Quran Olimpiyadasında iştirak etməyə dəvət olunmayacaqlar.
Bu nazirlik dünən (28 mart) elan edib ki, indiyədək 40 ölkə Qahirə Beynəlxalq Quran Olimpiyadasında iştirak etmək üçün hazır olduqlarını bildiriblər. Bu olimpiyada Misirli və xarici Quran yarışları hakimlərinin iştirakı ilə aprel ayının 5-dən 10-dək keçiriləcəkdir.
Misirin Beynəlxalq Quran Olimpiyadası - ki, dünyanın ən məşhur Quran yarışlarında sayılır, iki il ardıcıl olaraq bu ölkədəki siyasi böhrana görə keçirilmirdi.