İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Küveytin "ər-rəy" qəzetinə istinadən verdiyi xəbərə görə Şeyx Əbdül-Əziz Fazil əl-İnzi 2014-cü ildə keçiriləcək 5-ci tur Quran yarışlarında hakimlik edəcək hakimlər komitəsinin üzvlərinin adlarını elan edib.
Aşağıda adı çəkilən Quran mütəxəssisləri 5-ci turun hakimlər komitəsinin üzvləri seçiliblər:
Şeyx Ənəs Əl-Kəndəri və Şeyx Məhmud ər-Rifai – Küveytin "sout və ləhn" mütəxəssisləri
Əbdullah bin Muhəmməd Carullah – Ərəbistan
Şeyx Cəfər Məhəmməd Cənahi – Bəhreyn
Şeyx Sabir Əbdül-Hadi – Misr
Şeyx Muhəmməd İsam əl-Quzat - İordaniya
"Küveyt Mükafatı" Beynəlxalq Quran Hifzi, Təcvidi və Qiraəti Olimpiyadasının elmi komitəsinin rəisi Şeyx Əbdül-Əziz Fazil əl-İnzi deyib: "Küveyt Mükafatı" Beynəlxalq Quran yarışlarının özəlliklərindən biri də budur ki, "yeddi qəraət" yerinə bu dəfə "10 qəraət" bu yarışlara əlavə edilmişdir.
O vurğulayıb: Liviya kimi bəzi ölkələrin Beynəlxalq Quran yarışları təşkilatçıları Küveytin Quran yarışları planını öz ölkələrində tətbiq etmək fikirindədirlər.
O deyib: Keçən il bu ixtisasda (10 qəraət) 14 nəfər iştirakçı var idisə, bu il 12 nəfər var. Bu məsələ Quran qiraətlərinə diqqət azalmasını göstərir. Biz iştirak edəcək ölkələrdən istəyirik ki, bu yarışlara bacarıqlı iştirakçılar göndərsinlər.
Bu yarışların giriş rəqabətləri mərhələsini keçən bilməyənlər finala getməyəcəklərindən əlavə olaraq, iki il də yarışlarda iştirak etmək hüququndan məhrum olacaqlar.
"Küveyt Mükafatı" Beynəlxalq Quran Hifzi, Təcvidi və Qiraəti Olimpiyadası cari ilin mart ayının 25-dən başlayaraq aprel ayının 7-dək davam edəcək.
Bu yarışlarda İran İslam Respublikasından Quranın hifzi üzrə Həsən Süleymani və Qirət üzrə Seyid Məhəmməd Kermani iştirak edəcəklər.