İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misir çapı olan "əl-misri əl-yəvm" qəzetinə istinadən verdiyi xəbərə görə Dünən (30 may 2014) Misirin "Fətva Şurası" (Darul-İfta) İndenoziyada Quranın musiqi avazı ilə oxunmasına rekasiya verib və bəyaniyyə yayaraq bildirib ki: "Quran İlahi bir kəlamdır ki, Peyğəmbərə Allah tərəfindən nazil olmuşdur. Quran nazil olmayı ki, insanlar onu öz əyləncəli musiqi və avazlarına alət etsinlər. Allah-Taala bu Müqəddəs Kitabı nazil etmişdir ki, onun uca maariflə dolu ayələrində fikirləşək və əmrlərinə əməl edək.
Musiqi ilə qatışdırılmış Quran, Allahın Rəsuluna nazil etdiyi və bizim onun tilavətini ibadət bildiyimiz Quran deyil.
İslam Peyğəmbəri (s) hədislərə əsasən Azanı da musiqi ilə oxumağı qadağan etmişdir. Bu cür halda (azanda musiqi aləti haramdırsa) Allahın qoruduğu bir kitabın ayələri barədə bu necə düzgün sayıla bilr?
Buna görə də Quran-Kərimi musiqi alətlərinin müşayəti ilə çalınan musiqi sədası ilə oxumaq və həmçinin bu Müqəddəs Kitabın ayələri ilə musiqi avazı oxumaq şəriət baxımından haramdır".
Qeyd edək ki, Misirin "darul-iftası" bu bəyaniyyəni İndenoziyalı cavanın Quranı ölkəsinin "apra" konsert üsuli ilə oxumağına əks reaksiya olaraq yaymışdır.
Qahirənin "Ömər Mükrim" məscidinin İmamı o cavanın bu işini Qurana təhqir sayaraq İndenoziya dövlətindən müsəlmanlardan üzr istəməyi tələb edib.