İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "elmoudjahid" xəbər agetnliyinin saytına istinadən verdiyi xəbərə görə Əlcəzairin "İslami İşlər və Vəqf Nazirliyi" elan edib ki, bu ölkənin Quran-Kərimin "hifz və qiraət"i üzrə beynəlxalq yarışlarının 11-ci turu mübarək Ramazan ayının 20-dən 26-dək 66 ölkənin iştirakı ilə "Əlcəzirə" şəhərinin "Darul-İmam - əl-Muhəmmədiyyə" sarayında keçiriləcəkdir.
Muhənd Əzuq – Əlcəzairin "İslami işlər və vəqflər nazirliyinin Quran təlimi üzrə bölməsinin vitse-prezidenti", deyib ki, bu dəfə yarışlara Əlcəzairin prezidenti "Əbdül-Əziz Butəfliqə" şəxsən birbaşa nəzarət edəcək.
Əzuq dediyinə görə yarışlar iki mərhələdə keçiriləcək. Birinci mərhələdə 66 ölkədən olan 25 yaşlaı cavan Quran qarisi və hafizləri arasında və ikinci mərhələdə təkcə Əlcəzairin 15 yaşlı Quran qari və hafizləri arasında keçiriləcəkdir.
Yarışların yekun nəticələr elan olunduqdan sonra, Ramazan ayının axırıncı Qədr gecəsində (əhli-sünnəyə görə 27 Ramazan) qaliblərin mükafatlandırma mərasimi keçiriləcəkdir. Mərasimdə Əlcəzairin yüksək rütbəli məmurları da iştirak edəcəklər.