IQNA

Əskəri İmamların (ə) ziyarətgahına qumbaraatanlardan hücum / 1 şəhid və 32 yaralı

13:41 - July 02, 2014
Xəbər sayı: 1425160
Beynəlxalq qrup: İraqın təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə İmam Həsən Əskəri və İmam Əlinəqi Əskərinin (ə) qəbirlərinə qumbaraatan vasitəsilə terrorist hücumu edilib. Qumbaralar ziyarətgahın eyvanına və ətrafına dəyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraq KİV-lərindən olan BURASA agentliyinə istinadən verdiyi xəbərə görə İraqın təhlükəsizlik qüvvələrinin bildirib ki, Samerra şəhərində yerləşən İmam Həsən Əskəri və İmam Əlinəqi Əskərinin (ə) müqəddəs qəbirlərinə qumbaraatan vasitəsilə terrorist hücumu edilib. Qumbaralar ziyarətgahın eyvanına və ətrafına dəyib. Bu hücum nəticəsində 1 nəfər şəhid olub və 32 nəfər yaralanıb.
Yaralılar yaxın xəstəxanalarda yerləşdirilərək müalicə olunurlar.
Xəbər mənbəsinin verdiyi məlumata görə İraq təhlükəsizlik qüvvələri bu cinayətin amilləri haqqında Samirra şəhərində axtarışa başlayıblar. Həmçinin İraq Hava Qüvvələri əlqumbaraatanlarından ziyarətgaha tərəf atəş açılakən istifadə olunmuş məntəqəni hədəfə alaraq məhv ediblər.

1424473

captcha