IQNA

Əl-Əzhərin Şeyxi "Dubay Mükafatı Quran Olempiyadası"nda ilin İslami Şəxsiyyəti seçildi

13:42 - July 02, 2014
Xəbər sayı: 1425163
Beynəlxalq qrup: "Dubay Mükafatı Quran Olempiyadası"nın icra komitəsi iyun ayının 30-da Əl-Əhzərin Şeyxini bu yarışların 18-ci turunun İslami Şəxsiyyəti adına layiq gördü.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BƏƏ-nin "əl-bəyan" qəzetinə istinadən verdiyi xəbər görə "Dubay Mükafatı Quran Olempiyadası"nın icra komitəsi iyun ayının 30-da Şeyx Əhməd Təyyibi – Misir Ali İslam Universiteti "Əl-Əhzər"in Şeyxi, İslam və müsəlmanlara göstərdiyi xidmətləri yönündə bu yarışların 2014-cü ildə keçirilən 18-ci turunun "İslami Şəxsiyyəti" adına layiq gördü.
Şeyx Əhməd Təyyib – Qahirənin "Əl-Əzhər" Universitetinin rəisi, bu mükafatı almaq və "Dubay Mükafatı Quran Olempiyadası"nın 18-ci turunun qaliblərini mükafatlandırmaq üçün BƏƏ-ə səfər edəcək.
İbrahim Muhəmməd Bumilhə - "Dubay Mükafatı Quran Olempiyadası"nın icra komitəsinin rəisi, deyib ki, Əl-Əzhərin Şeyxi Əhməd Təyyib elm və fəzilət ailəsindəndir, Əl-Əzhərdə müsəlman övladlarını elmləndirdiyi, Misir və BƏƏ-də olanda İslam və müsəlmanlara göstərdiyi xidmətləri üçün ilin İslami Şəxsiyyəti mükafatı ilə dəyərləndiriləcəkdir. 
Qeyd edək ki, "Dubay Mükafatı Quran Olempiyadası"nın 18-ci turu Ramazan ayının 1-dən BƏƏ-də öz işinə başlayıb və Ramazan ayının 9-da işinə yekun verəcəkdir.

1424553

captcha