IQNA

Avropa yenə də həddini aşdı; İslam Peyğəmbəri (s) bu dəfə animasiyon filmdə təhqir olundu!

13:08 - July 08, 2014
Xəbər sayı: 1427356
Beynəlxalq qrup: Avropalı anti-islamçılardan bir qrupu Pakistan əsilli bir avropalının həmkarlığı ilə "Ayişə və Məhəmməd (s)" adlı bir animasiyon film hazırlayaraq bu filmdə Həzrət Peyğəmbəri (s) təhqir etmişlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "kopenhagenpost" qəzetinə istinadən verdiyi xəbərə görə Avropalı anti-islamçılardan bir qrupu Pakistan əsilli avropalı rejissor İmran Fərasətin, Danimarkalı Lares Hegard (2006-cı ildə İslamı təhqir edən və müsəlmanların qəzəbinə səbəb olmuş karikatorun müəllifi) və Hans Erling Consonun (Avropanın söz azadlığı təşkilatının idarə heyətinin rəisi) həmkarlığı ilə "Ayişə və Məhəmməd (s)" adlı bir animasiyon film hazırlayaraq bu filmdə Həzrət Peyğəmbəri (s) təhqir etmişlər.
Bu animasiyonu hazırlayanlar iddia edirlər ki, bu cizgi filmi Peyğəmbəri (s) Quranda gəldiyi kimi təsvir ediblər. Amma əslində animasiyonda çox təhqiramiz bir şəkildə Həzrət Peyğəmbərin (s) Ayişə evlənməsini aşağılayıblar.
Bu animasiyonun bir hissəsində Peyğəmbər (s) tərəfindən çox pis, həyadan uzaq və abırsız sözlər danışılır. Və filmi hazırlayanlar iddi edirlər ki, bu sözlər Quranda var.
Bu mənfur animasiyon film həftənin altıncı günü bir çox Avropa ölkələrində ekran edilib. Amma bu ölkələrin müsəlmanları bu filmin yayımlanmasına hələ də heç bir reaksiya göstərməyiblər.
Danimarkalı Lares Hegard (2006-cı ildə İslamı təhqir edən və müsəlmanların qəzəbinə səbəb olmuş karikatorun müəllifi) bu filmin təbliğ hissəsində söz azadlığı bəhanəsilə deyir: Biz burada Avropada həmişə İslami terrorizimin qorxusu altında yaşayırıq. İslam hər gün bizim söz azalığımızı məhdudlaşdırır.

1426702

captcha