İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qərbi-Asiya şöbəsinin verdiyi xəbərə görə İran İslam Respublikasının "İslami əlaqələr və mədəniyyət mərkəzi"nin beynəlxalq təbliğ şöbəsi tərəfindən İraqa ezam olunmuş Quran heyəti Mübarək Ramazan ayında Nəcəf-Əşrəf şəhərində Müvəhhidlərin və Möminlərin Ağası Həzrət İmam Əlinin (ə) müqəddəs və "mələkuti" ziyarətgahında Quran-Kərimə dair müxtəlif və rəngarəng proqramlar icra edirlər.
Bu müqəddəs ziyarətgahda keçirilən proqramlardan yüzlərlə aşiq ziyarətçinin iştirakı ilə onların hüzurunda Quran qiraəti, Nəcəfin peyk kanallarında birbaşa yayımda Quran qiraəti və Kufə məscidində Quran proqramlarının icrasına işarə etmək olar.
Qeyd edək ki, həm ziyarətçilər və həm də müqəddəs ziyarətgahın qonşusu olan yerli sakinlər bu Quran proqramlarını maraqla qarşılamışıar.