IQNA

Şiələrin təqlid mərcəsi həzrət Ayətullah-Üzma Məkarim Şirazi vurğuladı:

Dünya İsraildən nifrət edir / Xalq İsrail əleyhinə yürüşlərdə yekdilliklə iştirak etsinlər

13:26 - July 20, 2014
Xəbər sayı: 1431285
Dini Elmi Hövzə qrupu: Dünya şiələrinin təqlid mərcələrindən biri olan həzrət Ayətullah-Üzma Məkarim Şirazi dünya xalqlarının İsraildən nifrət etdiyini və sionistlərin beynəlxalq səviyyədə mənfur olduğunu vurğulayaraq dedi: "İran xalqı mübarək Ramazan ayının axırıncı həftəsində İsrail əleyhinə olan yürüşlərdə yekdilliklə iştirak edərək bu xərçəng şişi olan cinayətkarın əleyhinə şüarlar versinlər".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Dini Elmi Hövzələr şöbəsinin verdiyi xəbərə görə Dünya şiələrinin sevilmiş və tanınmış təqlid mərcələrindən biri olan həzrət Ayətullah-Üzma Məkarim Şirazi dünya xalqlarının işğalçı İsrail rejimindən nifrət etdiyini və qaniçən sionistlərin beynəlxalq səviyyədə mənfur olduğunu vurğulayan bəyanat yayıb.
Bəyanatda bildirilir ki, ABŞ və bəzi ərəb ölkələrinin susqunluğuna baxmayaraq, dünyada işğalçı sionist rejiminə qarşı etirazların kəskinləşdiyi və artdığı bildirilib. Qəzzada mülki əhalinin və xüsusən uşaqların qətliamı dünya xalqları tərəfindən kəskin şəkildə qınandığı qeyd edilib.
Ayətullah Şirazi son vəhşi hücumların bəzi Ərəb ölkələrinin, İsrailin və ABŞ başda olmaqla onları dəstəkləyənlərin hədəflərini aşkara çıxardığını deyib və bunu onlar üçün ləkə adlandırıb.
Ayətullah vurğulayıb: Bu arada maraqlı olan budur ki, İraqdakı terroristlərin başçısı durub deyir ki, "bizim İsrail ilə işimiz yoxdur. Bizim vəzifəmiz bizə beyət etməyən müsəlmanları öldürməkdir". Elə buradan da məlum olur ki, bu terroristləri bütün şərləri doğan İsrail əmələ gətirmişdir.
O əlavə edib: "Çox təəccübldür ki, qatili bilinməyən 3 nəfər sionistin ölümü Amerika tərəfindən məhkum edilir, amma çoxu qadın və uşaqlar olan 200-dən çox Fələstinlini şəhid və 1000 nəfərdən çoxunu yaralayan İsrail məhkum edilmir ki, heç, bəlkə Amerika və Avropa tərəfindən əməli şəkildə təyid də olunur".
O, dünyada sionist rejimə qarşı etirazların davam etməsinin zəruri olduğunu vurğulayaraq Ramazan ayının son cüməsindəki yürüşlərdə fəal iştirak etməyi istəyib.

1431000

captcha