IQNA

İslam, Məsihi və Yəhudi dinlərinə aid tarixi sənət əsərləri Nyu-Yorkda sərgilənəcək

13:29 - October 21, 2010
Xəbər sayı: 2017043
Beynəlxalq şöbə: Nyu-Yorkun ümumi kitabxanasında İslam, Məsihi və Yəhudi dinlərinin tarixi sənət əsərlərindən ibarət sərgi təşkil olunacaq.
İQNA Quran agentliyi “New York Post” qazetinə istinadən məlumat verir ki, bu əsərlərin bəzisinin tarixi 1500 ildir. Bu sərgi həzrət İbrahimi dinləri arasında oxşarlıqları göstərmək məqsədi ilə təşkil olunacaq.
“Bu sərgi dünyanın üç böyük dini arasında oxşarlıqların olduğunu sərgiləyəcək. Sərgi oktyabr ayının 22-dən fəaliyyətə başlayacaq”, -deyə Nyu-York kitabxanasının rəisi Pol Leklerik deyib.
O əlavə edib ki, sərgi iki ay müddətinə Nyu-Yorkun ümumi kitabxanasının “Stefan Şvarzmen” bölməsində pulsuz fəaliyyət göstərəcək.
Sərgidə 200 tarixi əsər göstəriləcək ki, onların arasına Qurani Kərimin ən qədimi nüsxəsi də mövcuddur. 679193
captcha