“Şəfəq News”-un xəbərinə görə, məlumatlı bir mənbə bazar günü bildirib ki, Daxili İşlər Nazirliyinin Əxlaqa Zidd Məzmunla Mübarizə Komitəsi, Cəlal əz-Zeynə qarşı Qurana təhqirə görə hüquqi addımlar atıb.
Əz-Zeyn bir konsertdə “Fələq” surəsinin ayələrini oxuyaraq sözlərini bənzətmə bəhanəsi ilə təhrif edib. İraqlı bloqqerlər isə bunu Qurana təhqir, hörmətsizlik və müqəddəsliyin pozulması kimi qiymətləndiriblər.
2023-cü ilin fevral ayından etibarən İraqda uyğun olmayan məzmun yaymaqda ittiham olunan bir neçə nəfərə qarşı həbs və həbs-qətimkan tədbirləri daxil olmaqla hüquqi addımlar atılıb.
Daxili İşlər Nazirliyi bununla bağlı məlumatların toplanması üçün “Bəlliq” (Xəbər verin) adlı platforma istifadəyə verib və bu mövzuda minlərlə məlumat daxil olub.
Hazırda bəzi ölkələrdə müqəddəslərə təhqir cinayət hesab olunur. Müqəddəsə təhqir və ya hörmətsizlik qanunu, tanrıya, müqəddəs əşyalara və ya toxunulmaz hesab edilən dəyərlərə qarşı təhqir və ya hörmətsizliyi qadağan edir.
“Pew” Araşdırma Mərkəzinin hesabatına əsasən, 2014-cü ildən etibarən dünya ölkələrinin və regionlarının təxminən dörddə biri (26 faizi) müqəddəsə təhqir əleyhinə qanun və ya siyasətə malik olub.
2012-ci ildən bəri təqribən 33 ölkənin qanunvericiliyində müqəddəsə təhqirə qarşı müəyyən qanunlar olub. Onlardan 21-i müsəlman ölkələridir. Bu ölkələr bunlardır: Əfqanıstan, Əlcəzair, Bəhreyn, Misir, İndoneziya, İran, İordaniya, Küveyt, Livan, Malayziya, Maldiv adaları, Mərakeş, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Türkiyə, BƏƏ və Qərbi Səhra.
4306346