IQNA

İraq alimi İQNA-ya müsahibəsində:

İslam birliyi indiki həssas şəraitdə zərurətdir

10:27 - September 17, 2025
Xəbər sayı: 3498882
İQNA - İraqın Ribat Muhəmmədi Alimlər Şurasının sədri vurğuladı: “Ümmətin qarşılaşdığı təhlükəli vəziyyət nəzərə alındıqda, İslam birliyi bir zərurətə çevrilib”.

 

İraqın Ribat Muhəmmədi Alimlər Şurasının sədri Seyyid Əbdülqadir əl-Alusi 39-cu Beynəlxalq İslam Vəhdəti Konfransının kənarında “İQNA”-ya müsahibəsində, Həzrət Peyğəmbərin (s) 1500 illik mövlud ildönümünə və İslam Vəhdəti Konfransının keçirilməsinə işarə edib dedi: “Həzrət Peyğəmbərin (s) mövlud ildönümü özü İslam birliyi üçün bir vasitədir və bu məsələ hamının razılaşdığı bir həqiqətdir.”

O əlavə etdi: “İslam Peyğəmbərinin (s) mövludunun bərəkəti ilə bu ümmət meydana gəldi və hələ də yoluna davam edir. Bu gün ki, Peyğəmbərin (s) mövludunun 1500 illiyini qeyd edirik, görürük ki, ümmət bu münasibətdən faydalanmağa və onu söz birliyi üçün istifadə etməyə möhtacdır.”

Əl-Alusi qeyd etdi: “Bu gün İslam ümməti böyük təhlükə ilə üz-üzədir və hər tərəfdən düşmənlərin fitnələri ilə qarşılaşır. Qəzza və Fələstin məsələsi müsəlmanların birliyini tələb edir. Buna görə də, ümmətin düşdüyü təhlükəli vəziyyət nəzərə alınaraq, İslam birliyi zərurətə çevrilib.”

O, “Peyğəmbərin (s) həyat yolunu necə yenidən oxuya və gündəlik həyatımızda tətbiq edə bilərik?” sualına cavabında dedi: “Peyğəmbərin (s) həyatı insan yetişdirən bir həyat yoludur. Həzrət Məhəmməd (s) insanı insanlığına çatdırmaq üçün göndərilmişdi. Buna görə də, Peyğəmbərin (s) mübarək mövludu münasibətilə İslam ümməti onun həyat yolunu yenidən oxumalı və onu kamil insan nümunəsi kimi digər ümmətlərə təqdim etməlidir.”

kod

4305036

Teqlər: İraq ، alim ، vəhdət ، konfrans ، islam ümməti
captcha