IQNA

İsrail müdafiə nazirinin təhdidinə Ənsarullahın sərt cavabı

13:16 - September 20, 2025
Xəbər sayı: 3498896
İQNA - Ənsarullah hərəkatının siyasi bürosunun bir üzvü İsrail rejiminin müdafiə naziri tərəfindən Yəmənə qarşı səsləndirilən hədələyici çıxışa cavab olaraq dedi: “Sən bayrağını Sənada sancmaqdan öncə, əvvəlcə Eylat limanını yenidən fəaliyyətə qaytar”.

“İQNA”-nın “əl-Məyadin” telekanalına istinadla verdiyi xəbərə görə, Ənsarullah hərəkatının siyasi büro üzvü Məhəmməd əl-Fərəh İsrailin müdafiə naziri Katsın iddialarına cavab olaraq bildirib: “Sənanın işğalından danışırsan, halbuki bir gəmini belə geri ala bilmirsən”.

O, İsrail nazirinə xitabən əlavə edib: “Səna haqqında danışmazdan öncə, get, Eylat limanını yenidən işə sal”.

Əl-Fərəhin bu sözləri Yəmən ordusunun Eylat adlı işğal olunmuş limana endirdiyi raket və pilotsuz aparat hücumlarına işarədir ki, bu hücumlar nəticəsində həmin liman faktiki olaraq iflic olub.

Əl-Fərəh daha sonra Katsa müraciətlə deyib: “Sənada İsrail bayrağını qaldırmazdan əvvəl donanmamızla qarşıdurma qorxusundan başqa ölkələrin bayraqlarından istifadə edən gəmilərə İsrail bayrağını qaytarın”.

Ənsarullahın bu sərt cavabı o halda verildi ki, bundan əvvəl İsrailin müdafiə naziri Kats hədələyici çıxışında demişdi: “Husilərin bayrağında yazılmış “İsrailə ölüm” şüarı Yəmən paytaxtında qaldırılacaq İsrail bayrağı ilə əvəz olunacaq”.

4305876

captcha