İQNA Quran agentliyi Türkiyənin "Hurriyet" qazetinə istinadən məlumat verir ki, sərgi Aqaxan birliyinin təşəbbüsü ilə ötən 1400 il ərzində İslami mədəniyyəti tanıtdırmaq məqsədi ilə noyabrın 5-dən İstanbulda təşkil olunub. Sərgi 2011-ci ilin fevral ayınadək davam edəcək.
Sərgidə ağac, daş, qızıl, fil dişi, şüşə, seramika, kağız və parçadan düzəldilmiş sənət əsərləri nümayiş etdirilir. Bu əşyalar islami sənət əsərləridir və müxtəlif qaydalarda düzəldilib. Sərgidə həmçinin Qurani Kərimin çox qədim nümunələri, əlyazmalar və gözəl minyaturalar sərgilənəcək.
Məlumata əsasən, Aqaxan muzeyi bu sərgini 2013-cü ildə həmçinin Kanadada təşkil edəcək. 688993