IQNA

Bakıda İslam İnqilabı, nailiyyətlər və inkişaflar adlı konfrans keçirilib

22:32 - February 14, 2011
Xəbər sayı: 2080965
Mədəniyyət və İncəsənət şöbəsi: İranın Azərbaycandakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə Bakının “Park İNN” hotelində “İslam İnqilabı, nailiyyətlər və inkişaflar adlı konfrans keçirilib.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, Bu konfransda alimlər, universitet müəllimləri, ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə İran radio televiziyasının inqilab nəaliyyətləri haqqında hazırladığı 15 dəqiqəlik klip göstərildi və sonra Quran oxundu. Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri təbrik dedikdən sonra bu bayramı dünyanın bütün azadlıq sevən insanlarının bayramı olduğunu deyərək qeyd etdi ki, islam inqilabının ildönümü dünyada milyonlarla insanın qəlbini şad edir.
O qeyd etdi ki, Azərbaycan Respublikası və İranın yaxşı münasibətləri vardır və Mədəniyyət Mərkəzi bu sahədə daha da artıq çalışır. Sonra O, İranın elm sahəsində bəzi nəaliyyətlərinə toxundu
Daha sonra İranın Azərbaycandakı səfiri doktor Məhəmməd Baqir Bəhrami öz çıxışında dedi ki, İran islam inqilabından öncə dünya iki qütbə bölünmüşdü. Qərb qütbünün sərkərdəsi Amerika və Şərq qütbünün sərkərdəsi isə Sovet İttifaqı idi. Bu iki qütb bəşəriyyəti nəzərə almırdılar və bu iki qütbdə insan əxlaqı, insanlıq və dostluğa əhəmiyyət verilmirdi.
O əlavə edib ki, bu iki ölkə icazə vermirdilər ki, millətlər müstəqil olsunlar və hər məntəqədə azadlıq istəyən millətlərlə mübarizə üçün öz jandarmlarından istifadə edirdilər. Millətimiz şücaətlə şah rejimini devirməklə göstərdilər ki, iranlılar Qərbdən qorxmurlar. Sonra səfir iki ölkə əlaqələrinə toxunaraq dedi ki, şəksiz bizim əlaqələrimizin genişlənməsi məntəqənin sabitlik və əmin amanlığında təsir edicidir.
Sonra professor Fuad Məmmədov bu konfransda təbrik dedikdən sonra dedi ki, İran son illərdə mədəniyyət və elm sahələrində çox inkişaf etmişdir. Çalışmalıyıq ki, elm, din və mədəniyyət sahələrində əlaqələrimiz genişlənsin. İran və Azərbaycan millətinin çox müştərəklikləri vardır. Sonra O, qeyd etdi ki, gərək çalışaq cəmiyyətdə mənəviyyat, elm və mədəniyyət güclənsin.
Daha sonra Azərbaycan EKO energetika universitetinin professoru Fəğan Əliyev çıxış edərək islam inqilabını müasir tarixdə mühüm hadisə olduğunu qeyd etdi.
Konfrans çərçivəsində İran islam inqilabının nəaliyyətləri barəsində olan şəkillərdən ibarət sərgi düzənləndi. Fəcr on günlüyü barədə İşığa doğru jurnalının 10 cu nömrəsi, İranın nailiyyətləri broşuru, Hikmət jurnalı və İslam İnqilabı rəhbərinin son cümə namazında Orta Şərqdə xalq inqilabları barəsində çıxışının mətni broşur şəklində çap edildi.746428
captcha