IQNA

Əlcəzairdə ilk dəfə olaraq Fransız dilinə Quran tərcümə ediləcək

12:37 - April 30, 2012
Xəbər sayı: 2315131
Beynəlxalq qrup: Əlcəzairin Dini işlər və Vəqf nazirliyi ilk dəfə olaraq Əlcəzairdə Fransız dilində Quran tərcümə ediləcəyini xəbər verdi.
İQNA xəbər agentliyinin " echoroukonline" saytına istinadən verdiyi xəbərə görə Əlcəzairin Dini işlər və Vəqf nazirliyi ilk dəfə olaraq Əlcəzairdə Fransız dilində Quran tərcüməsi layihəsinin icrasına başlamışdır.
Bu layihənin hədəfi Quranın dəqiq və çap standartlarına uyğun olaraq tərcümə edilməsi və İlahi vəhyin yayılmasıdır.
Uddə Fəllahi - Əlcəzairin Dini işlər və Vəqf nazirinin təbliğat müşaviri deyib: Fransız və Ərəb dilini bilən bir qrup mütəxəssis tərcümənin gedişinə nəzarət edirlər. Bu tərcümə ərəb dilini bilməyənlər üçün nəzərdə tutlmuşdur. Tərcümə başa yetdikdən sonra Əlcəzairin milli azlıqları və Fransada yaşayan ərəblər və başqa ölkələrdə yaşayan fransız dillilərə göndəriləcəkdir.
O, sözünün davamında dedi: Quranın Fransızcaya olan öncəki tərcümələrində səhvlər olduğu üçün - Malik Şəblin tərcüməsi kimi tərcümələr ki, onda çoxlu səhvlər vardır, biz bu layihəni həyata keçirməyə başladıq.
995661
captcha