IQNA

Ömər Mita – Qurani-Kərimi Yapon dilinə tərcümə edən ilk müsəlman mütərcim

17:03 - May 01, 2012
Xəbər sayı: 2316303
Beynəlxalq qrup: 1920, 1937 və 1950 – ci illərdə Qurani-Kərimin Yapon dilinə üç tərcüməsi çap edildi. Başqa bir tərcümədə 1957-ci ildə Ərəb dilindən birbaşa Yapon dilinə tərcümə edildi. Amma bu tərcümələrin hamısı qeyri-müsəlman Yapon alimləri tərəfindən həyata keçirilmişdi. Buna görə də Ömər Mita Quranı Yapon dilinə tərcümə edən ilk müsəlmandır.
İQNA xəbər agentliyinin “ARABNews” qəzetinə istinadən verdiyi xəbərə görə Asiyanın cənub-şərqinə İslam ilk dəfə Çin diyarından başladı. Asiyanın cənub-şərqi ərazilərində İslamın yayılması ilk dəfə Çin sərhədlərindən başladı. Bundan sonra İslam dini Hindistan və İndoneziyaya yol açdı. İslam dininin 15-ci əsrdə Filippində yayılması İspan istemarçıları tərəfindən dayandırıldı. Bu zaman Yaponlar buddist (bütpərəst) idilər.
19 -cu əsrin axırlarında müsəlman Malaylar Yaponiyaya hicrət etdilər.
1890-cı ildə Osmanlı Türkiyəsi Yaponlarla diplomatic əlaqələr yaratmaq üçün Yaponiya sahillərinə Hərbi Dəniz Qüvvələri göndərdi. Bu cür hadisələr Yaponlar üçün İslam və müsəlmanlarla daha yaxından tanışlığa zəmin yaradırdı.
Ömər Mita "Riviçi Mita" adı ilə 1892-ci ildə YaponiyadaYamaguçi şəhərinin Bütpərəst Samuray ailəsində anadan oldu. 1916-cı ildə Yamaguçinin İqtisad (Ticarət) kollecini bitirdi. Riviçi Mita sonralar Çinə səfər edib Çin dilini öyrənərək çinli müsəlmanlarla əlaqədə oldu. O, müsəlmanların həyat tərzindən xoşlanırdı. 1920-ci ildə 28 yaşında olarkən "Çində İslam" adlı məqalə yazaraq Yaponiyanın "Uzaq şərqdə iqtisadi tədqiqatlar" jurnalında çap etdirdi. Bu məqalə onun İslami məsələlər üzrə ilk fəaliyyəti idi.
Riviçi Mita, Hacı Ömər Yamauka ilə (1909-cu ildə ilk dəfə olaraq Həcc ziyarətinə getmiş Yaponiyalı müsəlman) görüşdü. Bu görüşdən sonra Hacı Ömər Yamauka İslamı təbliğ etmək üçün bütün Yaponiyaya səfər etdi. 1912-ci ildə Yamauka İslam və mənəvi Həcc səfəri haqqında müxtəlif kitablar yazdı. 1921-ci ildə Riviçi Mita ikinci dəfə Hacı Ömər Yamauka ilə görüşdü ki, İslam haqqında ondan daha çox şeylər öyrənsin. Bu görüşlərin nəticəsində Riviçi Mita 1941-ci ildə 49 yaşında olarkəb müqəddəs İslamı dinini qəbul edərək özünə Ömər adını seçdi.
O, altımış yaşında qərara aldı ki, ömrünü bütünlüklə İslama vəqf etsin. Bu zaman Ərəb dilini də öyrəndi.
O, 1958-ci ildə müqəddəs Həcc ziyarətinə müşərrəf oldu. 1960-cı ildə Yapon Müsəlmanları Cəmiyyətinin sədri öləndən sonra bu cəmiyyətin sərdliyini öhdəsinə götürdü.
O, bu cəmiyyətə sədrlik etdiyi zaman İslami zəmində "İslamı tanımaq", "İslamla tanışlıq" və s... kitablar yazdı və bir sıra dini kitabları Yapon dilinə tərcümə etdi.
O, 1968-ci ildə Quranın tərcüməsini kamilləşdirərək ilk nüsxəni yoxlama baxış üçün Yapon Müsəlman birliyinə təqdim etdi. 1970-ci ildə bu tərcümənin yoxlanılmış nüsxəsi Məkkənin Dünya İslam cəmiyyətinə göndərildi. Bu nüsxədə burada yoxlama baxışdan keçdikdən sonra təsdiq edildi.
Sonda, O, on iki il Qurani-Kərimin tərcüməsi üzərində işlədikdən sonra 1972-ci ildə Qurnai-Kərimin Yapon dilində tərcüməsini ərəbcə mətni ilə birlikdə Takumi Kubu nəşriyyatında çap etdi.
Hacı Ömər Mita 1978-ci il 82 yaşında fani dünyanı tərk etdi.

995859
captcha