IQNA

20:35 - July 15, 2012
Xəbər sayı: 2369155
Ədəbiyyat qrupu: Yusif Bəy Babapur Seyid Sadiq Hüseyni Əşkurinin kitabxanasının “fehrest” (siyahı, mündərəcat, kataloqlaşdırma) kitabının ikinci cildinin tamamlandığını xəbər verərək deyib: Bu topluda Hindistan və Pakistanda yazılmış qədim Quran nüsxələrindən bir hissəsi tanıtdırılacaqdır.
Yusif Bəy Babapur – “Fehrestnevis” (kataloqlaşdırma işi aparan, fehrest və mündərəcat yazan) və qədim nüsxələr tədqiqatçısı, İQNA-nın (İran Quran Xəbər Agentliyi) ilə müsahibəsində dedi: Görülməkdə olan işlərimizdən biri də Höccətul-İslam vəl-müslimin Seyid Sadiq Hüseyni Əşkurinin - “İslami xəzinələr toplusu” təşkilatının rəisi, kitabxanasının əlyazma və çap nüsxələrini siyahılaşdırmaqdır. Bu kitabxanada 1100 nüsxə müxtəlif mövzularda olan əlyazma kitablar saxlanılır. Bu nüsxələr müxtəlif yüzilliklərə aid və müxtəlif mövzulardadır. Bu kitabxanada Hind Yarımadasında yazılmış Quran nüsxələri də mövcuddur. Daha doğrusu Quranların əksəriyyəti Hind və Pakistanda kitabət olunmuş və “təzhib”lə (parlaq xətt növü) bəzədilmişdir.
Əşkurinin kitabxanasında başqa kitabxanalarda olan qədim nüsxələrinin şəkil variantları da mövcuddur ki, tədqiqatçılar üçün digər mənbələri tanımaqda dəyərli sayılır.
Əşkurinin kitabxanası 3 cilddə kataloqlaşdırılacaqdır.
Qeyd edək ki, ikinci cild hal-hazırda çap mərhələsindədir və 2013-cü ilin əvvəllərində çap olunacaqdır.
1049180




Ad:
E-poçt:
* Comment:
* captcha: