Ədəbiyyat qrupu: İyul ayının 25-də İİR-nın Milli Kitabxanası və Sənədlər təşkilatının təşəbbüsü ilə XX Beynəlxalq Quran sərgisində Qurani-Kərimin əlyazma nüsxələri bölməsinin açılışı olub. Açılış mərasimində İshaq İslahi də - İİR-nın Milli Kitabxanası və Sənədlər təşkilatının rəisi, iştirak etmişdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə mübarək Ramazan ayı münasibəti ilə iyul ayının 25-də İİR-nın Milli Kitabxanası və Sənədlər təşkilatının təşəbbüsü ilə XX Beynəlxalq Quran sərgisində Qurani-Kərimin əlyazma nüsxələri bölməsinin açılışı olub. Bu bölmə 23 gün fəal olacaqdır.
İyul ayının 28-dən İmam Xumeyni müsəllasının şəbistanında işə başlayacaq bu sərgidə Qurani-Kərimin 40-dan yuxarı qiymətli və nadir əlyazma nüsxəsəi sərgiyə qoyulacaqdır. Həmçinin Quranın əlyazma nüsxələrindən 20-sinin dicital şəkli göstəriləcəkdir.
Bu 40 cild əlyazma Quranın yeddisi xəttatın öz qələmi ilə yazıldığı üçün orjinal nüsxə hesab olunurlar.
İİR-nın Milli Kitabxanası və Sənədlər təşkilatı Quran nüsxələrindən əlavə Nəhcül-bəlağə və Səhifətus-səccadiyyə və habelə müxtəlif dini kitabların da sərgiyə qoyulacağını xəbər vermişdir.
Qeyd edək ki, XX Beynəlxalq Quran sərgisi Ramazan ayının sonunadək İmam Xumeyni müsəllasının şəbistanında fəaliyyət göstərəcəkdir.
1061143