IQNA

"Tərcumane vəhy" müəssisəsində Qurani-Kərimin müxtəlif dillərə tərcüməsi

17:58 - August 05, 2012
Xəbər sayı: 2386189
Beynəlxalq qrup: "Tərcumane vəhy" –Vəhyin Tərcüməsi, müəssisəsi indiyədək Qurani-Kərimi Asiya qitəsinin 65-dilinə, Afriqa qitəsinin 42 dilinə və Avropa qitəsinin 34 dilinə tərcümə etmişdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) XX Beynəlxalq Quran sərgisindən verdiyi xəbərə görə "Tərcumane vəhy" –Vəhyin Tərcüməsi, müəssisəsi Quran tərcüməsində müasir dil səviyyəsinə çatmaq üçün tərcümələrdə lazımlı izahların verilməsini, keyfiyyətin yuxarı qaldırılmasını və Quranın təlimi mövqeyinə qiddət edilməsini təcümə zamanı zəruri bilir və tərcümələrində buna riayət etmişdir.
"Tərcumane vəhy" –Vəhyin Tərcüməsi, müəssisəsinin hədəflərindən biri Quranın tərcüməsinin sayını 4 incilin tərcümələrinin sayında çatdırmaqdır. Hal-hazırda müqəddəs kitabın tərcümələri dünyanın 5 milyard cəmiyyətini əhatə edir. Halbuki Quranın mətnindən təkcə 3 milyard insan xəbərdardır. Həqiqətdə 4 milyard cəmiyyət Quranın peyğamından xəbərsizdirlər.
"Tərcumane vəhy" –Vəhyin Tərcüməsi, müəssisəsinin 68% mütərcimi sünni, 16% mütərcimi şiə, 4% qadyani və 9% mütərcimi məsihidirlər.
1069854
captcha