IQNA

Quran Hafizi diplomu almaq üçün keçiriləcək imtahanlarda 1200 nəfər Quran hafizi iştirak edəcəklər

0:16 - August 31, 2012
Xəbər sayı: 2401939
Quran üzrə fəaliyyətlər qrupu: Quran Hafizlərinə bakalavr üzrə Quran hafizi diplomlarının verilməsi üçün 16-cı diplom vermə imtahanları sentyabr ayının 7-dən 13-dək 1200 Quran Hafizinin iştirkı və Vəqfiyyat və Xeyriyyə işləri təşkilatının nəzdindəki Quran elmləri insititunun İmtahan komossiyasının həmkarlığı ilə keçiriləcəkdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Vəqfiyyat və Xeyriyyə işləri təşkilatının ümumi əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə Höccətul-İslam Miryan - Vəqfiyyat və Xeyriyyə işləri təşkilatının Quran Fəaliyyətləri Mərkəzinin təlim mütəxəssisi, deyib: Bu imtahanlarda 750 qadın və 450 nəfər kişi bakalavr Quran hafizi diplomunu almaq üçün imtahan verəcəklər.
İmtahan şifahi, gözəl hifz və qiraət düzgünlüyü əsasında keçiriləcəkdir.
İmtahanları dörd hakim heyəti izləyəcəkdir.
Quranın qiraət düzgünlüyünü və gözəl hifz əsasında oxumağı Ustad Pəhrizkar, Aqayi, Hünəyfi, Mahrux, Səidi, Əfhəmi və digər məhşur Quran Ustadları dəyərləndirəcəklər.
10830553
captcha