İQNA-nın (İran Quran Xəbər Agentliyi) Vəqfiyyat və Xeyriyyə işləri təşkilatının ümumi əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə Höccətul-İslam Miryan - Vəqfiyyat və Xeyriyyə işləri təşkilatının Quran Fəaliyyətləri Mərkəzinin təlim mütəxəssisi, deyib: Bu imtahanlarda 750 qadın və 450 nəfər kişi bakalavr Quran hafizi diplomunu almaq üçün imtahan verəcəklər.
İmtahan şifahi, gözəl hifz və qiraət düzgünlüyü əsasında keçiriləcəkdir.
İmtahanları dörd hakim heyəti izləyəcəkdir.
Quranın qiraət düzgünlüyünü və gözəl hifz əsasında oxumağı Ustad Pəhrizkar, Aqayi, Hünəyfi, Mahrux, Səidi, Əfhəmi və digər məhşur Quran Ustadları dəyərləndirəcəklər.
10830553