İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Müsəlman Tələbələrin Quran yarışlarının 4-cü turu Tələbələrin Quran Fəaliyyəti təşkilatının təşəbbüsü ilə sentyabrın 12-dən 15-dək Təbriz şəhərində keçiriləcəkdir.
Bu yöndə İranın bu yarışlarda iştirak edəcək nümayəndəsinin seçilməsi üçün sentyabr ayının 4-də Tələbələrin Quran Fəaliyyəti təşkilatının ofisində seçim yarışları keçiriləcək. Bu yarışlarda Milli Quran festivalının 25-ci və 26-cı turunun Hifz və Qiraət sahəsində qalibləri iştirak edəcək.
Hifzdə Əbuzər Kərəmi və Hüseyn Dürüstkar və Qiraətdə Sadiq Qurbani və Məcid Fəqih ki, Milli Quran festivalının 25-ci və 26-cı turunun qalibləri olublar rəqabət edəcəklər. Axırda İranın iki nümayəndəsi Müsəlman Tələbələrin Quran yarışlarının 4-cü turunda iştirak etmək üçün seçiləcək.
Ustad Əbulqasimi "Ləhn" üzrə, Mötəz Aqayi "Hifz" üzrə, Əliəkbər Hişməti "Təcvid" üzrə, Məhəmməd Əbbasi "Sot" üzrə və Seyid Əli Sərabi "Vəqf və İbtida" üzrə bu yarışlarda hakimlil edəcəklər.
Xatırlada ki, Müsəlman Tələbələrin Quran yarışlarının 4-cü turunda 50-dən çox ölkədən hifz və qiraət üzrə yarışçılar iştirak edəcəklər.
1091275