IQNA

İran İslam Respublikasının nümayəndəsi Rusiya Beynəlxalq Quran yarışlarında iştirak edir

21:44 - October 15, 2012
Xəbər sayı: 2432207
Quran üzrə fəaliyyətlər qrupu: Behzad Həjpəri - İran İslam Respublikasının Quran Hafizi, Rusiyanın 13-cü Beynəlxalq Quran yarışlarında iştirak etmək üçün Moskvaya ezam olunub.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Vəfq və Xeyriyyə İşləri Təşkilatının Beynəlxalq İşlər və Ümumi Əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə Rusiyanın 13-cü Beynəlxalq Quran yarışları Rusiyanın Müftilər Şurasının evsahibliyi ilə dünən oktyabr ayının 14-də işə başlamış və oktyabr ayının 15-dək davam edəcəkdir.
Vəfq və Xeyriyyə İşləri Təşkilatının Quran işləri mərkəzinin elan etdiyinə əsasən Ərdəbildən Behzad Həhpəri - İran İslam Respublikasının Quran Hafizi, Rusiyanın 13-cü Beynəlxalq Quran yarışlarında iştirak etmək üçün Moskvaya ezam olunub.
Bu müsabiqənin öncəki turunda Peyman Əyazi 36 ölkə arasında Quran hifzi üzrə 5-ci yeri qazanmışdı.

1119735
captcha