İQNA-nın (İran Quran Xəbər Agentliyi) Vəfq və Xeyriyyə İşləri Təşkilatının Beynəlxalq İşlər və Ümumi Əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə Rusiyanın 13-cü Beynəlxalq Quran yarışları Rusiyanın Müftilər Şurasının evsahibliyi ilə dünən oktyabr ayının 14-də işə başlamış və oktyabr ayının 15-dək davam edəcəkdir.
Vəfq və Xeyriyyə İşləri Təşkilatının Quran işləri mərkəzinin elan etdiyinə əsasən Ərdəbildən Behzad Həhpəri - İran İslam Respublikasının Quran Hafizi, Rusiyanın 13-cü Beynəlxalq Quran yarışlarında iştirak etmək üçün Moskvaya ezam olunub.
Bu müsabiqənin öncəki turunda Peyman Əyazi 36 ölkə arasında Quran hifzi üzrə 5-ci yeri qazanmışdı.
1119735