Höccətul-İslam vəl-müslimin İbrahim Yəqubyan – Yazıçı və tədqiqatçı, İQNA ilə müsahibəsində Quranın rivayi təfsirinin və bu yönəmdə aşkara çıxmış problemlərdən (saxta və israili hədis və rivayi təfsirlərin əqli təfsirlərlə ziddiyyəti kimi) və bunun həlli yollarından danışdı.
O dedi: Hədisləri düzgün başa düşmək və onlardan istifadə üçün üç əsas addım atılmalıdır: 1. Sənədlərin yoxlanılması; 2. Fiqhul-Hədis (hədisin nə demək istədiyini dərk etmək); 3. Hədisin sadir olma və deyilmə səbəbi.
"Səhvun-Nəbi" kitabının müəllifi dedi: Bu üç mərhələ yoxlama buna görədir ki, hədis arxada qoyduğu min illik tarixdə saxtalaşdırma, təhrif olunma və israili hədislərin İslam hövzəsinə nüfuz etməsi kimi problemlərlə üzləşmişdir.
Niyə təhrif və saxtakarlıq:
1). Peyğəmbərdən (s) sonra 100 il ərzində hədisin deyiliş və yazılışının qadağan olunması.
2). Siyasi hədəflər. Dövlətin möhkəmləndirilməsi və maxalifləri pisləmək üçün hədis uydurulması.
3). İqtisadi hədəflər. Ticarət mallarının satılması üçün hədis qondarmaq və ya pul qazanmaq üçün şahların haqqında onların xoşuna gələn hədislər uydurmaq.
4). Dini və məzhəbi hədəflər. Dini ayinlərin icrasına həvəsləndirmə və ya məzhəbdən müdafiə etmək.
5). Milli və tayfa və vətən təəssübkeşliyi və başqa millətlərin və tayfaların pislənməsi.
Hədis qadağan olunması və Əhli-Beytin (ə) siyasi-ictiami fəaliyyətinin dondurulmasından sonra müsəlmanlar arasında siyasi-ictimai fəsadlar baş qaldırdı. Müxtəlif firqə və məzhəblər yarandı. Hər kəs özünün haqq olduğunu iddia etdi. Belə bir fəzada hər kəs saxta hədislər düzəldib öz yolunun haqq olduğunu isbat etməyə çalışırdı.
Məsələn Bəni Üməyyə sülaləsi və həyya Əbbasilər Təthir ayəsini (Əhzab/33) bilərəkdən Peyğəmbərin arvad və qızları üçün təfsir edirdilər. Amma bunu o zaman hamı yaxı bilirdi ki, bu ayə Peyğəmbər, Fatimə, Əli, Həsən və Hüseynin (ə) haqqında nazil olmuşdur.
1136460