IQNA

Məhmud Şəhat Ənvər – İran İslam Respublikasının Milli Quran Olimpiyadasının 35-ci turunun fəxri qonağı

20:08 - January 09, 2013
Xəbər sayı: 2478303
Beynəlxalq qrup: Məhmud Şəhat Ənvər – Misirin tanınmış Quran qarisi, İran İslam Respublikasının Vəqflər və Xeyriyyə İşləri Təşkilatı tərəfindən keçirilən İran Milli Quran Olimpiyadasının 35-ci turunun fəxri qonağı olacaq. O, Quran Tilavəti Məclislərində Quran qiraət etmək üçün 2013-cü ilin yanvar ayının axırlarında İrana səfər edəcək.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Dünya Əhlul-Beyt (ə) Birliyi" Təşkilatının rəsmi saytına istinadən verdiyi xəbərə görə İran Milli Quran Olimpiyadasının 35-ci turu İran İslam Respublikasının Vəqflər və Xeyriyyə İşləri Təşkilatı tərəfindən 2013-cü ilin yanvar ayının 27-də Mazandaran əyalətinin Sari şəhərində keçiriləcəkdir. Müsabiqə İslam İnqilabının "Fəcr" on günlüyündə sona çatacaqdır.
Bu yarışda 200 nəfər qadın və 200 nəfər kişi qari və hafiz iştirak edəcəkdir. Məhmud Şəhat Ənvər – Misirin məşhur qarisi, Quran Tilavəti Məclislərində Quran qiraət etmək üçün bu yarışlara dəvət olunmuşdur.
Şeyx Məhmud Şəhat Ənvər mərhum Quran Qiraəti Ustadı Şəhat Ənvərin oğludur. O, 12 yaşında ikən Quranı hifz etmiş və 12 yaşında olarkən Misirin "Leylətul-Qədr" Beynəlxalq Quran yarışlarında birinci yeri qazanmışdır. O, qiraət və hifz dərslərində atası Şəhat və qardaşı Ənvərin şagirdi olmuşdur.

1169139
captcha