İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Mənarın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə Pakistanın Küveytə şəhərində 100-dən çox şiənin öldürülməsi və 235 nəfərdək insanın yaralanması bu cinayəti törədən təkfirçi və ifratçı qrupların kinələrini və onların ABŞ-İsrailin müsəlmanları parçalama, fitnə yaratma və İslami vəhdəti məhv etmək siyasəti yönündə hərəkətlərini aşkar edir.
Bəyaniyyədə deyilir: "Küveytədə şiələri qanına boyayan partlayışlar Suriya, İraq və Əfqanıstanda törədilən partlayışların oxşarıdır.
Casus qruplaşmaları bir-birinə bağlanmış bu tələ iplərini hərəkətə gətirir və daha çox müsəlman qanının tökülməsi üçün çalışırlar. Bu silsilə partlayışlar müsəlmanların və İslamın üzünü dünyada qaraltmaq və ləkələmək üçün öncədən proqramlaşdırılmış layihələrdir".
Livan Hizbullah Hərəkatı bəyaniyyənin sonunda şəhid ailələrinə başsağlığı verərək yaralılar üçün Allahdan şəfa diləmiş və Pakistan dövlətindən tələb etmişdir ki, bu cür cinayətlərin qarşısını almaq və günahkarları cəzalandırmaq üçün tez və ciddi addımlar atsın.
Qeyd edək ki, yanvar ayının 10-da baş vermiş Küveytə şəhərinin son partlayışlarında 102 nəfər şəhid edilmiş və 235 nəfər yaranlanmışdır.
1171717