IQNA

Sierra Leone mətbuatı vəhhabilərin zəhərli təbliğatlarına cavab verdi

23:50 - January 27, 2013
Xəbər sayı: 2487280
Beynəlxalq qrup: Vəhdət Həftəsi münasibətilə Sierra Leone qəzetləri vəhhabilərin yalan və təfriqə salan təbliğatlarına cavab olaraq şiə və sünnilər arasında vəhdət yarada biləcək amilləri açıqlayıblar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslam Əlaqələri və Mədəniyyəti Təşkilatı şöbəsinin verdiyi xəbərə görə və İran İslam Respublikasının Sierra Leonedakı Mədəniyyət Əlaqələri İdarəsinin verdiyi məlumata əsasən Vəhdət Həftəsi münasibətilə Sierra Leonenin qəzetləri vəhhabilərin yalan və təfriqə salan təbliğatlarına cavab olaraq Suri İbrahim Sisenin "Sünni və Şiə birdirlər" adlı məqaləsini böyük tirajla çap edərək şiə və sünnilər arasında vəhdət yarada biləcək amilləri açıqlayıblar.
Bu yazıda Tövhid, Nübüvvət, Quran və hegomoniya ilə mübarizə əsas vəhdət amilləri kimi hesab edilmişdir.

1178402
captcha