İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Höccətul-İslam vəl-müslimin Seyid Sədruddin Qəbançi - Nəcəf Əşrəf şəhərinin Cümə Namazının Xətibi və bu müqəddəs şəhərinin məşhur alimi, İİR-də keçirilən 26-cı Beynəlxalq İslam Konfransındakı çıxışında İslam Oyanışı və Məzhəblərin yaxınlaşdırılması məsələlərinə toxunaraq Misir konstitusiyasının Şiə məzhəbinə laqeyd və etinasız yanaşmasını kəskin şəkildə tənqid edərək dedi: İran İslam Respublikası və İraqın dövlətinin əsas qanununda başqa məzhəb və dinlərə özünəməxsus yer ayrılmışdır. Amma təəssüflər olsun ki, Misir respublikasının konstitusiyası yalnız 4 məzhəbə (maliki, hənəfi, şafei və hənbəli) əsaslanır.
O çıxışında dedi: İslami Vəhdət xətti Peyğəmbərin (s) hədislərinə söykənir və bu məsələyə siyasi baxımdan yanaşmaq lazım deyil. "Təqrib"in (Məzhəblərin Yaxınlaşdırılması) əsas hədəfi vahid İslam Ümməti yaratmaqdır. Bundan öncə də Nəcəf-Əşrəf, Qum, Əl-Əzhər dini hövzələrinin əməkdaşlığı və Şeyx Şəltutun, Ayətullah Kaşif əl-Ğita və Ayətullah Üzma Brucerdinin müştərək fəaliyyətləri yalnız dini baxışa əsaslanıbdır. Günümüzdə isə Ayətullah Xumeyni və sonra isə Ayətullah Xamənei "Təqrib"in bayraqdarıdırlar.
Təqrib məsələsi həm Quranda və həm də Məsumlarımızın (ə) sünnət və sirəsində çox açıq şəkildə görsənir. Digər məzhəblərin davamçılarına zəkat vermək, onlara iqtida edib namaz qılmaq kimi fətvaları verməkdə Əhli-Beyt İmamları (ə) qabqcıl olmuşlar.
Bəzi cərəyanlar "təqrib"i siyasi məsələlərə bağlayaraq bu işin dini olduğunu gölgəyə salmaq istəyirlər. Amma İslam Oyanışı və Təqrib hər ikisi yanaşı olaraq öz misyasını sona çatdıracadır.
O sonda dedi: Ümid edirəm ki, Əl-Əzhər də müxtəlif məzhəbləri rəsmi tanıyacaq və Misiri məzhəb inhisarçılığından xilas edəcəkdir.
1179096