IQNA

Qırğızıstan televiziyası İmam Xomeyninin (r.ə) həyatı barədə sənədli telefilm yaydı

21:48 - February 11, 2013
Xəbər sayı: 2494930
Beynəlxalq qrup: Qırğızıstanın LTR televiziya kanalı İran İslam İnqilabının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma İmam Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) həyatı barədə Qırğız dilində hazırlanmış "Yade yar" (Dostun xatirəsi) adlı sənədli telefilm yaydı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət təşkilatı şöbəsinin verdiyi xəbərə görə İran İslam İnqilabının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma İmam Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) həyatı barədə Qırğız dilində hazırlanmış "Yade yar" (Dostun xatirəsi) adlı sənədli telefilm fevral ayının 8 və 10-da İran İslam İnqilabının 34-cü ildönümü münasibətilə İİR-in bu ölkədəki Mədəni İşlər İdarəsinin göstərdiyi təşəbbüs əsasında Qırğızıstanın LTR televiziya kanalında yayınlanmışdır.
Qeyd edək ki, bu ölkənin "QTRQ" kanalı fevral ayının 13-də "İnkişaf etmiş İran" sənədlini filmini yayınlayacaqdır.

1186868
captcha