IQNA

Fransanın İslami Təşkilatlar Birliyi məscidlərə qarşı edilən təhqirləri məhkum etdi

23:11 - February 13, 2013
Xəbər sayı: 2496303
Beynəlxalq qrup: Fransanın İslami Təşkilatlar Birliyi bəyaniyyə yayaraq anti-İslam qrupların Fransanın beş məscidinə hücum etmələrini və məscidlərə qarşı edilən təhqirləri kəskin şəkildə məhkum etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "uoif-online" xəbər agentliyinin xəbər saytına istinadən verdiyi xəbərə görə anti-İslam və irqçi qrupların son iki həftədə Fransanın beş məscidinə hücum etmələri xəbərinin yayılmasının ardınca Fransanın İslami Təşkilatlar Birliyi bəyaniyyə yayaraq məscidlərə qarşı edilən təhqirləri kəskin şəkildə məhkum edərək İslamofobiyanın çoxaldığı barədə xəbərdarlıq etdi.
Bəyaniyyənin bəzi hissələrində deyilir: Fransanın İslami Təşkilatlar Birliyi Fransanın Siyasi və Mədəni dairələrindən və məsul şəxslərindən tələb edir ki, məsciclərə, İslami ibadət yerlərinə və İslami mərkəzlərə edilən hücumların qarşısını almaq üçün ciddi tədbirlər görsün.
Fransanın Təhlükəsizlik dairələri anti-İslam hadisələrin son aylarda dayanmadan çoxaldığını nəzərə almalı və bu cür hadisələrin təşkilatçılarını həbs etməli və bu cür fəaliyyətlərin qarşısını almaq üçün lazımı tədbirləri həyata keçirməlidir.
1187883
captcha