İQNA-nın Müqəddəs Türbələrin Təmiri qərargahının ümumi əlaqələr idarəsinə istinadən verdiyi xəbərə əsasən, Müqədəs Türbələr qərargahının rəhbəri Həsən Pilarək, İmam Hüseyn (ə) ziyarətgahının yeni zirehinin quraşdırıldığı yeri Kərbəlada ziyarət edib.
Həsən Pilarək bildirib ki, zərihin ətrafının daş və mərmərlə döşənməsi əməliyyatı sona çatıb və bütün xadimlər zərihin tez bir zamanda yekunlaşmasına çalışırlar. Onun sözlərinə görə, gələn 20 gün ərzində zərihin quraşdırılma əməliyyatı sona çatacaq. Zirehin açılış mərasimində İran və İraq rəhbərləri iştirak edəcək.
Cənab Pilarək ziyarətgahın yeni günbəzi barədə də söz açıb. O, deyib: "Ziyarətgahın yeni günbəzi hazırkı günbəzdən 7 metir hündür olacaq".
Həmçinin o, müqəddəs hərəmin divarlarının və yerinin güzgü və mərmərlə döşənməsi işinin də başa çatdığını bildirib.
O, deyib: ziyarətgahın günbəzinin uzaq fasilədən hamı üçün görünməsi məqsədilə İranın Kirman vilayətçiləri və İmam Hüseyn sevərləri günbəzinin hündürləşdirilməsi planını hazırlayırlar.
1188113