İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə şücaətli və rəşadətli Təbriz əhalisinin 1356-cı (1977) ilin 29 Bəhmən Qiyamının ildönümü ərəfəsində Şərqi Azərbaycanın əhalisinin bir qrupu İslam İnqilabının rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Hüseyni Xamenei ilə bu gün (16 fevral 2013) İmam Xomeyni (r.ə) Hüseyniyyəsində görüşdülər.
Qeyd edək ki, rəşadətli və inqilabçı Təbriz əhalisi 1356-cı (1977) ilin 29 Bəhmən günü həmin ilin 19 dey tarixində İran İslam İnqilabının ilk mehrab şəhidi Şəhid Ayətullah Qazinin başçılığı ilə Qum qiyamında şəhid olanların 40 mərasimində Şah rejiminin əleyhinə kütləvi aksiya keçirmişdilər.
Bu gün isə bu qiyamın ildönümü ərəfəsində İslam İnqilabının Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Hüseyni Xamenei ilə görüş keçirdilər.
1189062