IQNA

20:48 - February 21, 2013
Xəbər sayı: 2500301
Beynəlxalq qrup: Ali-Səud rejiminin qüvvələri fevral ayının 19-da səhər vaxtlarında Səudiyyə Ərəbistanın şiə siyasi aktivistlərindən olan Musa Rəbəh, Fazul Səfvani və Məhəmməd İsa Əl-Lübadı tuta bilmədikdə onların Ərəbistanın şərqində yerləşən "Əl-Əvamiyyə" məntəqəsindəki evlərinə hücum ediblər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "RASİD" xəbər agentliyinin saytına istinadən verdiyi xəbərə görə Ali-Səud rejiminin hərbi qüvvələri fevral ayının 19-da səhər vaxtlarında Səudiyyə Ərəbistanın şiə siyasi aktivistlərindən olan Musa Rəbəh, Fazul Səfvani və Məhəmməd İsa Əl-Lübadı tuta bilmədikdə onların Ərəbistanın şərqində yerləşən "Əl-Əvamiyyə" məntəqəsindəki evlərinə hücum ediblər.
Hərbiçilər onların evlərini dağıtmış və əşyalarını sındırmışlar. Həmçinin peyk kanallarının göstərdiyi şəkillərə əsasən hərbiçilər evlərdəki qiymətli əşyaları oğurlamışlar.
Şahidlərin dediklərinə əsasən onlar evlərə hücum etdiyi zaman evə qadınlar və körpə uşaqlar olub. Amma hərbiçilər onlara əhəmiyyət vermədən evlərdə axtarış aparıblar.
Bu xəbərə görə Ali-Səud rejiminin hərbi qüvvələri bu soyğunla kifayətlənməmiş və "Əl-Əvamiyyə" qəsəbəsini mühasirəyə alaraq qəsəbə sakinlərinə avtomatlardan atəş açmış və qəsəbədə hay-küy və qorxu yaratmışlar.

1192149
Ad:
E-poçt:
* Comment:
* captcha: