IQNA

21:11 - February 21, 2013
Xəbər sayı: 2500308
Siyasi qrup: Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei "rəbbani alim, salikun iləllah və arifun billah" Ayətullah Xoşvəqtin vəfatı münasibətilə verdiyi təsliyət ismarıcında onun vəfatını onu tanıyanlar və onun mənəvi hüzurundan faydalananlar üçün çox ağır bir müsibət və şagirdləri üçün isə çox ağır bir itki hesab etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei "rəbbani alim, salikun iləllah və arifun billah" Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəqtin vəfatı münasibətilə verdiyi təsliyət ismarıcında onun vəfatını onu tanıyanlar və onun mənəvi hüzurundan faydalananlar üçün çox ağır bir müsibət və şagirdləri üçün isə çox ağır bir itki hesab edərək bu ağır müsibəti onun ailəsi, qohumları və sevənlərinə baş sağlığı verdi.
Başsağlığı ismarıcının mətni:
Çox təəssüf və kədər ilə "Rəbbani alim, Salik İləllah, Arif Billah" mərhum Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəqtin (Allahın rizvanı ona olsun) vəfat xəbərini aldım.
Bərəkətli ömür, mənəviyyat, təhzib (ruhun paklığı), Allaha tərəf arası kəsilməz addımlar, mənəvi şagirdlərin tərbiyə olunması və ürəklərin saflaşması üçün çalışmaq bu böyük ruhaninin və mənəvi və əxlaqi müəllimin həyatının xülasəsidir.
Şübhəsiz onun yoxluğu onu tanıyanlar və onun mənəvi hüzurundan faydalananlar üçün çox ağır bir müsibət və şagirdləri üçün isə çox ağır bir itki hesab olunur.
Biz, o mərhumun ailəsinə, övladlarına, qohumlarına, şagirdlərinə və sevənlərinə səmimanə baş sağlığı və təsliyət deyirik. Onun ruhu üçün Allah yanında uca məqam, rəhmət və Allah övliyaları ilə məşhur olmaq diləyirik.
Seyid Əli Xamenei
2 isfənd 1391 (20 fevral 2013)

1192314
Ad:
E-poçt:
* Comment:
* captcha: