IQNA

22:36 - February 26, 2013
Xəbər sayı: 2503088
Ədəbiyyat qrupu: Dünyanın ən mükəmməl, dolğun və ətraflı İslam Elmləri Ensiklopediyası İngilis dilində Misirdə çap edildi. Bu ensiklopediya İslam və müsəlmanlar haqqında qərb ölkələrində formalaşmış şübhə və yanlış fikirlərin ortadan götürülməsi və qeyri-ərəb müsəlmanların dini məlumatlara ehtiyaclarının ödənilməsi üçün hazırlanıb çap edilimişdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Afriqa şöbəsinin verdiyi xəbərə görə İbrahim Nəğəm – Misirin Baş Müftisinin Böyük Müşaviri, bu gün 26 fevral müsahibəsində deyib: Bu İslam Ensiklopediyası Quran-Kərim, İslam Fihqi, İlahiyyat, Müqayisəvi din, İslam Əxalqı mütaliələri, İslam Elmlərində tədqiqat üslubları, Cihad, İslamda qadın və İslami təfəkkürlərin müasirləşməsi kimi mövzualrı əhatə edir.
Qeyd edək ki, bundan öncə də 2010-cu ildə "İslami mütaliələr ensiklopediyası" (An Educational Encyclopedia of Islam) iki cilddə (125 dollar) Səudiyyə Ərəbistanı tərəfindən çap edilmişdi. Əlbəttə din alimlərinin fikirincə indi Misir Ensiklopediyası daha mükəmməldir.

1195035
Ad:
E-poçt:
* Comment:
* captcha: