IQNA

İran İslam İnqilabının Rəhbəri, Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xameneinin "Əllamə Seyid Nemətullah Cəzairi"nin xatirə konqresinə müraciəti

18:28 - February 28, 2013
Xəbər sayı: 2503871
Siyasi qrup: İran İslam İnqilabının Rəhbəri, Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei "Əllamə Seyid Nemətullah Cəzairi"nin xatirə konqresinə ismarıcla müraciət edərək o böyük alimin yüksək elmi və ədəbi məqama və şiənin hədis irsinə dəqiq fiqhi məharətlə malik olduğunu vurğulayıb.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İran İslam İnqilabının Rəhbəri, Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei "Əllamə Seyid Nemətullah Cəzairi"nin xatirə konqresinə ismarıcla müraciət edərək o böyük alimin yüksək elmi və ədəbi məqama sahib olduğunu deyərək, onun şiənin hədis irsinə dəqiq fiqhi məharətlə malik olduğunu da vurğulayaraq deyib: "Əllamə Seyid Nemətullah Cəzairi"yə ehtiram və sayqı göstərmək əslində İlahi elm və maarifə hörmət etməkdir.
Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei bu gün səhər (28 fevral 2013) ünvanladığı bu ismarıc Ayətullah Seyid Məhəmməd Əli Musəvi Cəzairi - Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xameneinin İranın Xuzistan əyalətində nümayəndəsi və Əhvaz şəhərinin Cümə İmamı, tərəfindən qiraət olundu.
Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei bu ismarıcda "Əllamə Seyid Nemətullah Cəzairi"nin əsərlərinə işarə edərək onu seçilmiş bir şəxsiyyət və tanınmamış bir "fəqih" adlandırmış və onun Hədis və Hədis şərhləri olan əsərlərinə xüsusi diqqət yetirilməsinin zəruri və önəmli olduğunu vurğulamışdır.

1196446
captcha