İQNA-nın (İran Quran Xəbər Agentliyi) "NUN" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İmam Hüseyn (ə) ziyarətgahının İdarə heyətinin müdir müavini Əfzəl Əl-Şami müqəddəs ziyarətgahın yeni zərihinin təqdimat mərasiminin yaxın günlərdə keçiriləcəyini bildirərək 12 ton ağırlığı olan zərihin quraşdırılmasının incəliklərindən danışıb. Zərihin sütunlarının yerləşdirilməsinə 3 gün zamanın sərf olmasına işarə edən Əl-Şami deyib: Bu gözəl sənət əsərinin yaradılmasında 5 ton ağac, təqribən 5 ton gümüş və 120 kiloqram qızıl istehlak olunub.
Qeyd edək ki, İmam Hüseyn(ə)-ın müqəddəs ziyarətgahının zərihi İranda görkəmli miniatür ustası memar Fərşçiyanın rəhbərlik etdiyi iranlı sənətkar qrupunun əməyi nəticəsində hazırlanıb. Onun üzərində Quran ayələri, Kərbəla şəhidlərinin və imamlarların (ə) müqəddəs adları gözəl və xoş xətlərlə yazılıb.
Qeyd edək ki, əvvəlki zərih ziyarətgahın muzeyində sərgiyə qoyulmuşdur.
1197233