İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslam Əlaqələri və Mədəniyyət Təşkilatı şöbəsinin verdiyi xəbərə görə bu sərgi İran İslam Respublikasının Küveytdəki Mədəni İşlər Nümayəndəliyinin təşəbbüsü ilə təşkil edilmişdir.
"Marina Hotel"in zalında keçirilən sərginin açılışında Küveyt Xarici İşlər Nazirinin müavini Xalid Carullah və başqa ölkələrin müxtəlif diplomatları və incəsənət adamları da iştirak ediblər.
Sərgidə İran İslam Respublikasının mədəniyyət və incəsənət əsərləri, əl sənayesi, nəfis xalçalar və nəfis Quran nüsxələri nümayiş etdirilmişdir. Küveyt Xarici İşlər Nazirinin müavini Xalid Carullah sərgiyə baxış keçirdikdən sonra İranın Mədəni İşlər İdarəsinin işçisi Abbas Xaməyar ilə müsahibəsində İranın tarixi və dini abidələrinin albomunun Küveytə göndərilməsini arzu etmişdir.
1197717