IQNA

Düşmənin əsəbiliyi, əməldə tələskənliyi və sərsəmliyi İslam Dövlət sisteminin inkişafının göstəricisidir

23:29 - March 08, 2013
Xəbər sayı: 2507999
Siyasi qrup: İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei dünən səhər (7 mart 2013) "Məclise Xübrəgane Rəhbəri" – (İnqilab Rəhbərini Seçən Ali Komissiya) – nin rəis və üzvləri ilə görüşündə vurğuladı: "Düşmənin əsəbiliyi və sərsəmliyi İslam Dövlət sisteminin inkişafının göstəricisidir".
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Xamenei dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İslam İnqilabının Böyük Rəhbəri İslam Respublikası düşmənlərinin sərsəmliyi, əsəbilikləri və sərt davranmalarını İran xalqının elm və texnologiya sahəsindəki uğurlarının nəticəsi adlandırmışlar.
Həzrət Ayətullah əl-üzma Xamenei Rəhbərlik Xubreqanı-Ekspertlər Məclisinin sədri Ayətullah Məhdəvi-Kəni və məclisin digər üzvləri ilə görüşdə İran xalqının müxtəlif sahələrdəki nailiyyətlərinə toxunaraq deyiblər: İran xalqının elm və texnologiyadakı nailiyyətləri düşməni vahiməyə salıb və o sərsəmlik üzündən yanlış addımlar atır.
O həzrət qərbin İranda sülhməramlı nüvə fəaliyyətlərini əngəlləmək üçün sanksiya silahından istifadə etməsini, lakin İranlıların hegemon dövlətlər qarşısında möhkəm dayandığını xatırladaraq deyiblər: Sanksiyalar gənc mütəxəssislərin nüvə texnologiyasını əldə etməsinə yol açdı və digər sahələrdə də təzyiqlər ölkənin xeyrinə oldu.
Böyük Rəhbər bəzi malların İrana idxalına qadağa qoyulmasını İran xalqının xeyrinə olan mühüm qərar kimi dəyərləndirib və buyurublar: Sanksiyaların nəticəsində xalqda öz qabiliyyətlərinə inam hissi bir qədər də artdı.
Sanksiyaların İranda xalqı hakimiyyətlə üz-üzə qoymaq məqsədini güddüyünü xatırladan İnqilab Rəhbəri söyləmişlər: Qərblilər xalqı hakimiyyət qarşısında qoymaq istədilər, ancaq bu il 22 Bəhmən - 10 fevral nümayişlərində baş verənlər düşmənin arzusunu ürəyində qoydu.
Həzrət Ayətullah əl-Üzma Xamenei həmçinin Almatıda İranla Altılar qrupu arasında keçirilən son görüşə toxunaraq buyurublar: Bu görüşdə qərblilər tərəfindən mühüm bir addım atılmadı ki, onu İrana bir növ imtiyaz sayaq. Əksinə onlar yalnız İran xalqının bəzi hüquqlarını etiraf etdilər.
Avropa ölkələri və ABŞ-dakı iqtisadi böhranlara gəlincə, İnqilab Rəhbəri deyiblər: Qərb dövlətləri öz iqtisadi problemləri ilə yanaşı, İrana qarşı sanksiyaların da altını çəkirlər. Belə bir halda onlar öz problemlərinə həll yolu tapa bilmirlər, İranın isə özünün iqtisadi problemlərini həll etməyə məlum metodları var.
Həzrət Ayətullah əl-Üzma Xamenei sonda İİR-dakı seçkiləri dünyada ən azad və beynəlxalq standartlara cavab verən proses adlandıraraq bildirmişdilər: Namizədlərin vəziyyətini araşdırmaqda məqsəd xalqın rəğbət göstərə biləcəyi və lazımi şərtlərə malik olan şəxsləri ictimaiyyətə təqdim etməkdir. Prezident seçkiləri üçün yalnız bütün lazımi şərtlərə malik olan şəxslər öz namizədliklərini irəli sürməlidirlər.

1200602
captcha