İQNA-nın (İran Quran Xəbər Agentliyi) İordaniya çapı olan "Əs-səbil" qəzetinə istinadən verdiyi xəbər görə Əbdüssəlam əl-Abidi - İordaniyanın İslami Müqəddəslər və Vəqf İşləri Naziri, dünən mart ayının 9-da bildirib ki, İordaniyanın səkkizinci beynəlxalq Quran yarışlarında iştirak etmək üçün verilən möhlətdən yalnız 22 gün qalmasına baxmayaraq müsabiqələrə dəvət olunan 42 Ərəb və müsəlman ölkəsindən təkcə 10 ölkə bu çağırışa müsabət cavab vermişdir.
O deyib ki, 42 Ərəb və İslam ölkəsinə İordaniyanın 8-ci Beynəlxalq Quran yarışlarında iştirak etmək üçün dəvətnamə göndərilib. Amma indiyədək Hifz, Qiraət və Təfsir yarışlarında iştirak etmək üçün 10 ölkənin razılıq məktubunu almışdır.
Əbdüssəlam əl-Abidi - İordaniyanın İslami Müqəddəslər və Vəqf İşləri Naziri, deyib ki, iştirak etmək üçün razılıq cavabı göndərməyin son möhləti aprel ayının əvvəlinədəkdir.
O bildirib ki, xanımların yarışları Rəcəb ayının əvvəllərində və kişilərin yarışları Ramazan ayının ortalarından başlayacaqdır.
Yarışların final gecəsi və mükafatların verilməsi Qədr gecələrindən birində keçiriləcəkdir.
Qeyd edək ki, bu yarışlara İrandan Quran hafizləri Məhəmməd Xakpur və Həkimə Nəsiri qatılacaqlar.
1201802