IQNA

Keçmiş təcrübələrimiz göstərir ki, irəlidə izdihamlı və azad seçkilər olacaq

0:06 - March 16, 2013
Xəbər sayı: 2511436
Siyasi qrup: Tehranın Cümə Namazının xətibi bu həftəki Cümə namazının xütbəsində irəlidən gələn prezident seçkilərinə işarə edərək dedi: "Biz azad və xalqın iştirakı ilə olan seçkilər istəyirik ki, dünya bunu görsün və Keçmiş təcrübələrimiz göstərir ki, irəlidə izdihamlı və azad seçkilər olacaq".
İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Tehranın bu həftəki Cümə Namazının xitabətçisi İran xalqının növbəti prezident seçkilərində iştirakının qarşısını almaq və gərginlik yaratmaq üzrə İran düşmənlərinin məkrli planlarını iflasa uğramış adlandırıb.

Tehranın müvəqqəti Cümə Namazı imamı və xətibi Ayətullah Əhməd Cənnəti deyib: Beynəlxalq qüdrətlər öz daxili amillərinin köməyi ilə İran xalqı arasında mənfi təbliğat və gərginlik yaratmaqla 2013-cü il iyun ayında keçiriləcək İran İslam Respublikası prezident seçkiləri səhnəsini problemlə üzləşdirməyə çalışırlar. Lakin İran xalqı həmişəki kimi seçkilərdə əzəmətli iştirakı ilə düşmənlərin bütün fitnəkar planlarını puça çıxaracaq.
Tehranın Cümə Namazı xətibi İranda seçkilərin guya azad olmaması və seçimli şəkildə olması ilə əlaqədar İran İslam Respublikası düşmənlərinin dezinformasiyalarını rədd edib və deyib: Əgər İran İslam Respublikasında seçkilər azad şəkildə keçirilməsəydi, hazırda İran dini demokratiya zəminində digər xalqlar üçün ən yaxşı örnək olmazdı.
İranda seçkilərdə iştirak etmək üçün namizədlərin səlahiyyətlərinin konstitusiyaya əsasən müəyyənləşdirildiyini bəyan edən Ayətullah Cənnəti söyləyib: İran xalqı növbəti seçkilərin keçirildiyi dövrdə təhlükəsizlik və asayişin bərqərar olunmasını və stabil atmosferdə və gərginlik olmadan öz seçimi olan namizədə səs vermək istəyir.
Tehranın Cümə Namazı xitabətçisi həmçinin Amerika rəsmilərinin xüsusilə də sanksiya və təzyiq dövründə elm və texnologiya sahələrində İranın inkişaflarını etiraf etdiklərinə toxunaraq bildirib: Hərbi və neft sənayesinin yerliləşməsi, İran ixracatının artması sanksiyaların artması ilə İran xalqını diz çökdürəcəyini güman edənlər üçün böyük məğlubiyyət idi.
Ayətullah Cənnəti Qərb ölkələri başçılarına tövsiyə edib ki, onlar üçün heç bir nəticəsi olmayacaq İran İslam Respublikasına qarşı məhdudiyyət və təzyiq tətbiq etmək yerinə öz siyasətlərinə yenidən baxsınlar və İranın nüvə hüququnu rəsmən tanısınlar.
Tehranın Cümə Namazı xətibi həmçinin Pakistanda şiələrin kütləvi şəkildə qətlə yetirilməsini pisləyərək bu qırğınlarda Amerikanın rolunu açıq-aşkar adlandırıb və deyib: Beynəlxalq imperializmin şiələrin kütləvi şəkildə qırğın edilməsi prosesinin davam etməsindəki məqsədi Pakistanda şiə və sünnilər arasında ixtilaf yaratmaqdır. Belə ki, onlar de-stabil vəziyyət və hərc-mərcliklə Pakistanda və bütün regionda öz ekspansionist tələblərinə çatmaq istəyirlər.

1204562
captcha