IQNA

Ali Dini Lider Həzrət Ayətullah İmam Xamenei bəzi məhkumların cəzasının yüngülləşməsi və əvf fərmanını imzalayacaq

23:05 - March 19, 2013
Xəbər sayı: 2513055
Siyasi qrup: Novruz bayramı astanasında və 12 Fərfərdin (bu il 1 aprel) – İran İslam Respublikası günü, münasibəti ilə İran İslam İnqilabının Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Hüseyni Xamenei 1059 nəfər məhkumun cəzasının yüngülləşdirilməsi və əfv olunması haqda fərman imzalayacaq.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam İnqilabının Rəhbəri Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Hüseyni Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ali Dini Lider Həzrət Ayətullah İmam Seyid Əli Hüseyni Xamenei 1059 nəfər məhkumun cəzasının yüngülləşdirilməsi və əfv olunması haqda fərman imzalayacaq. Bu barədə təklif İİR-in Ali Baş Məhkəməsi tərəfindən irəli sürülmüş və İslam İnqilabının Rəhbəri tərəfindən səmimiyyətlə qarşılanmışdır.
İİR-nın Ali Baş Məhkəməsi Ayətullah Sadiq Amuli Laricani Novruz bayramının gəlib çatması və 12 fərvərdin (1 aprel) İran İslam Respublikası günü ərəfəsində İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-üzma Xameneiyə bir məktub göndərərək İranın məhkəmə hakimiyyətinin Əfv və Bağışlama üzrə Mərkəzi Komissiyasında lazımi şəraitə malik olmaları sübut edilən məhkumlardan 1059 nəfərinin əfv və ya cəzalandırılmasının azalması təklifini irəli sürdü ki, bu təklif haqda İslam İnqilabının Böyük Rəhbəri öz razılıqlarını bildirdilər.

1205993
captcha