IQNA

Ali Dini Lider Həzrət Ayətullah Üzma Xameneinin Həzrət İmam Rza (ə) hərəmində çıxışı Xorasan TV kanalından birbaşa yayımlanacaq

10:11 - March 20, 2013
Xəbər sayı: 2513073
İctimai qrup: Höccətul-İslam Nəhavəndi – Xorasan Tele-Radio şirkətləri rəisi, xəbər verdi: Novruz bayramı ərəfəsində və yeni "günəş" ilinin daxil olduğu vaxt Məşhəddə ziyarətçilərin çoxaldığını və bütün ürəklərin aşiqanə İmam Rza (ə) hərəminə üz tutduğunu nəzərə alaraq yeni ilin giriş anı və ilin təhvili duası İmam Rza (ə) ziyarətgahından birbaşa yayımlanaqcaq.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Höccətul-İslam Nəhavəndi – Xorasan Tele-Radio şirkətləri rəisi, İQNA-nın Xorasan şöbəsinin müxbiri ilə müsahibəsində dedi: Rəzəvi Xorasanının (Xorasan əyalətinin Məşhəd şəhəri yerləşən hissəsi İmam Rzanın (ə) adına nisbət verilərək belə adlanır) Tele-Radio şirkətləri yeni il (novruz bayramı) üçün müxtəlif mənəvi proqramlar hazırlayıblar.
O dedi: Novruz bayramı ərəfəsində və yeni "günəş" ilinin daxil olduğu vaxt Məşhəddə ziyarətçilərin çoxaldığını və bütün ürəklərin aşiqanə İmam Rza (ə) hərəminə üz tutduğunu nəzərə alaraq yeni ilin giriş anı və ilin təhvili duası İmam Rza (ə) ziyarətgahından birbaşa yayımlanaqcaq.
Nəhavəndi dedi: İlin təhvil olunması və yeni ilin gəlişi zöhr və əsr namazlarından sonra saat 14:30-da baş verəcəkdir. Buna görə də yeni ilin təhvili proqramı zöhr və əsr namazları ilə birgə İmam Rza (ə) ziyarətgahından birbaşa yayıma başlayacaq.
Hər il olduğu kimi bu il də Ali Dini Lider Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei yeni il mərasimində Məşhəddə olacaqlar və həftənin 4-cü günü (cümə axşamı) 1992-ci günəş (şəmsi) ilin 1-ci ayının (Fərvərdin) 1-ci günü saat 15:30-da İmam Rza (ə) hərəminin İmam Xomeyni adına səhnində (rəvaq; eyvan) çıxış edəcəkdir.
Ali Dini Rəhbərin çıxışı Xorasan televiziyası və eləcə də bütün İran kanallarından birbaşa yayımlanacaqdır.
1205898
captcha