IQNA

"Noormags" – (Nur jurnalları) saytında Novruz bayramı haqqında 7 min məqalə

9:51 - March 30, 2013
Xəbər sayı: 2513869
Kiberməkan qrupu: Novruz bayramı ərəfəsində "Nur Jurnalları" saytının tədqiqatçıları tərəfindən Novruz bayramı haqqında 7081 məqalə ödənişsiz olaraq "www.noormags.com" saytında yayımlandı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Novruz bayramı ərəfəsində "Nur Jurnalları" saytının tədqiqatçıları tərəfindən Novruz bayramı haqqında, bu bayramı daha çox tanıtdırmaq və tədqiqatçıların işini asanlaşdırmaq hədəsi ilə 7081 məqalə ödənişsiz olaraq "www.noormags.com" saytında yayımlandı.
Saytda Novruz bayramının tarixi, coğrafiyası, İslamın Novruza münasibəti, novruzun bu günədək yaşaması, Norvuzun ərəb şerlərində cilvəsi, Novruzu qeyd edən xalqlar, Novruz və İranlılar, Novruz farsdilli ölkələrdə və digər mövzularda məqalələr yerləşdirilmişdir.
Maraqlananlar "www.noormags.com" saytına müraciə edərək "axtarış" bölməsində "novruz" sözü yazaraq bu haqda bütün məqalələri pulsuz olaraq əldə edə bilərlər.
Qeyd edək ki, bu saytda olan məqalələr fars və ərəb dillərindədir.

1206593
captcha