IQNA

Londonda Beynəlxalq Qurani-Kərim toplantısı keçiriləcək

10:13 - March 30, 2013
Xəbər sayı: 2513879
Beynəlxalq qrup: Hər iki ildə bir dəfə keçirilən Beynəlxalq Qurani-Kərim toplantısının 8-ci turu bu dəfə "Quran, mətn, ictimaiyyət və mədəniyyət" ünvanı ilə London Universitetinin Şərq və Afriqa üzrə mütaliələr institunda (SOAS) keçiriləcəkdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) " soas.ac.uk" saytına istinadən verdiyi xəbərə görə bu toplantı Professor Məhəmməd Əbdül-Həlimin – Quran mütərcimi, "Helen Blatherwick" – İslami tədqiqatlar univesitetinin və Şərq və Afriqa üzrə mütaliələr institunun Ərəb ədəbiyyatı müəllimi, təşəbbüsü ilə keçiriləcəkdir.
Bu toplantı 2013-cü ilin noyabr ayının 21-dən 23-dək London Universitetinin Şərq və Afriqa üzrə mütaliələr institunda (SOAS) keçiriləcək və toplantıda Quranın mətni, təfsiri, tərcüməsi və başqa mövzular Quranla daha yaxından tanış olmaq hədəfi ilə müzakirə ediləcəkdir.
Qeyd edək ki, bu toplantının seçilmiş məqalələri London universitetinin "Quran araşdırmaları" jurnalında çap ediləcəkdir.
Maraqlanalar və iştirak etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
http://www.soas.ac.uk/islamicstudies/conferences/quran2013/

1206149
captcha