IQNA

Kanadalı bir turist İmamzadə Saleh (ə) ziyarətgahında müsəlman oldu

9:07 - April 05, 2013
Xəbər sayı: 2514531
Fəxri Müxbirlər Qrupu / Nəsrin Xani: Tehran əyalətinin Baş Vəqflər İdarəsinin Mədəni-İctimai İşlər üzrə müavini, Kanadalı bir turistin bu ilin aprel ayının 2-də Novruz səyahəti zamanı Tehranın İmamzadə Saleh (ə) ziyarətgahında müsəlman olduğunu xəbər verib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Fəxri Müxbirlər Qrupunun jurnalisti Nəsrin Xaninin verdiyi xəbərə görə Höccətul-İslam vəl-müslimin Seyid Haşim Hüseyni - Tehran əyalətinin Baş Vəqflər İdarəsinin Mədəni-İctimai İşlər üzrə müavini, deyib: Kanada vətəndaşı olan Katolik bir məsihi İmamzadə Saleh (ə) ziyarətgahında Noruz bayramı tətilləri münasibətilə təşkil edilmiş "Mərifət Xeyməsi" və "Bahar Sakitliyi" elmi-mədəni toplantılarında iştirak edərək müsəlman olmuşdur.
Bu şəxs İslam dinin əsaslarını eşitmiş, qəbul etmiş və Şəhadəteyn kəlməsini deyərək İslamı qəbul etmişdir. O, adını dəyişərək Əmirhüseyn qoymuşdur.

1207883
captcha