IQNA

İran İslam Respublikası Afrika ölkələrinin inkişafı və ittifaqını alqışlayır

22:51 - April 10, 2013
Xəbər sayı: 2517663
Siyasi qrup: Ali Dini Lider, İran İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei Burundi Respublikasının Prezidenti ilə görüşündə İran İslam Respublikasının Afrika ölkələrinə müsbət yanaşmasına işarə edərək vurğuladı: " İran İslam Respublikası Afrika ölkələrinin inkişafı və ittifaqını alqışlayır".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Lider Həzrət Ayətullah Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-üzma Xamenei çərşənbə günü(10 aprel) Burundi prezidenti və onu müşayiət edən heyətin ö həzrətlə görüşlərində bəzi Avropa ölkələri həmçinin Amerikanın Afrika ölkələrini müstəmləkəçiliyə məruz etmək və bu ölkələrdə fitnəkar planlar yaratmaq üzrə düşmənçilik hərəkətlərinə işarə edərək belə ümidvarlıq ediblər ki, Afrikanın o cümlədən Burundinin gələcəyi çox yaxşı və gün-gündən artan inkişaflarla yanaşı olsun.
İranla Burundi arasındakı əlaqələrin genişlənməsini müsbət qarşılayan İslam İnqilabının Böyük Rəhbəri belə vurğulayıblar: Afrika Birliyi bütün Afrika ölkələri üçün böyük qüdrət mərkəzi ola bilər və İİR bu birlikdə daha artıq inteqrasiyanı himayə edir.
Bu görüşdə Burundi prezidenti də İranla Burundi arasındakı 28 illik əlaqələrə toxunaraq Tehrana səfərdən məqsədinin iki ölkə əlaqələrində daha artıq dinamika və canlanmanın yaranması olduğunu bildirib.
1211083
captcha